Ruslar bir həftəyə hər şeyin bitəcəyini düşünürdülər, lakin hesabları düz çıxmadı”

2022-06-14 16:26:00

Ruslar bir həftəyə hər şeyin bitəcəyini düşünürdülər, lakin hesabları düz çıxmadı”

 

"Ruslar əslində çeçenləri, suriyalıları və muzdlu əsgərləri irəli verirlər"

“Müharibəyə təhrik elədilər və qarşısını almadılar”

“Bu müharibədə silahlarını satmaq və sınaqdan keçirmək maraqlarını təmin edirlər”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, katoliklərin ruhani rəhbəri və Vatikan dövlətinin başçısı Papa Fransisko İtaliya mətbuatına müsahibəsində Rusiyanın 24 fevral tarixində Ukraynaya qarşı təcavüzü ilə başlayan müharibədən danışıb.

O, “təhrik edilən və qarşısı alınmayan müharibə” adlandırdığı Rusiya-Ukrayna müharibəsinin arxasındakı faciəni görə bilmədiklərini və həmin münaqişədə silah satışı və silahların sınaqdan çıxarılmasında maraqlı qüvvələrin olduğunu söyləyib.

Katoliklərin ruhani rəhbəri müharibədən əvvəl “az danışan və müdrik” adlandırdığı bir dövlət başçısı ilə görüşdüyünü söyləyərək deyib: “Həmin adam mənə NATO-nun davranış tərzi ilə bağlı narahatlığını söylədi. Səbəbini soruşdum. O isə dedi: “Çünki Rusiyanın qapısında hürürlər. Rusların imperial qüvvə olduğunu və heç bir xarici qüvvənin ona yaxınlaşmasına imkan vermədiyini anlamırlar. Bu vəziyyət müharibəyə səbəb ola bilər”. Bu, onun mövqeyi idi. 24 fevralda müharibə başladı. Həmin dövlət başçısı baş verənlərlə bağlı işarələri oxumağı bacarmışdı”.

Vəhşilik və qəddarlıq

Papa deyib: “Rusların istifadə elədikləri əsasən muzdlu hərbçilərin bu müharibədəki vəhşilik və qəddarlıqlarını görürük. Ruslar əslində çeçenləri, suriyalıları və muzdlu əsgərləri irəli verməyə üstünlük verirlər. Lakin təhlükəli olan budur ki, sadəcə bu müharibənin qorxunc halını görürük və bəlkə də bu şəkildə təhrik edilən, qarşısı alınmayan müharibənin arxasındakı faciəni tam görmürük. Burada silah satışı və onların sınaqdan çıxarılması maraqlarını da müşahidə edirəm. Çox təəssüf ki, işin arxasında olan əslində budur. Buna görə, bəlkə də kimsə mənə deyə bilər: “Deməli, siz Putinin tərəfdarısınız”. Xeyr, deyiləm. Belə bir şeyi söyləmək çox bəsit və yanlış olar”.

Rusiya qüvvələrinin qəddarlıqlarını görmələrinə qarşı problemləri həll eləmək üçün çalışmağı unutmadıqlarını bildirən Papa Fransisko deyib: “Ruslar bir həftə ərzində hər şeyin həll olacağını düşünürdülər, lakin yalnış hesabladılar. Qarşılarında cəsur və sağ qalmaq üçün mübarizə aparan və mübariz keçmişə malik bir xalq gördülər”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya