Ruslar, belaruslar bizim qardaşlarımızdır - Şevçenko

2022-01-14 09:29:00

Ruslar, belaruslar bizim qardaşlarımızdır - Şevçenko

2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə hazıram.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Yevgeni Şevçenko deyib.

"Başa düşürəm ki, ölkəmizi xilas etmək lazımdır. Bu arzu, istək deyil, zərurətdir. Mən həmişə öz partiyamın olmasını və Ukraynanın cənub-şərqinin maraqlarını təmsil etmək üçün öz kiçik fraksiyamla parlamentə daxil olmağı planlaşdırmışam. Mənə hər cəhətdən yaxın olan belaruslar, ruslardır - biz hamımız qardaşıq və heç bir halda bir-birimizlə düşmənçilik etməməli, döyüşməməli, lakin həmişə olduğu kimi daim inteqrasiya etməli, ailəlikcə dost olmalıyıq", - Şevçenko qeyd edib.