Ruslar Alagöz dağında təlim keçəcəklər

2023-02-22 16:26:00

Ruslar Alagöz dağında təlim keçəcəklər

Hurriyyet.az xəbər verir ki, rusiyalı hərbçilər Ermənistanda təlim keçirlər.

Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin verdiyi məlumata görə, CHD-nin hərbi bazasının artileriya bölmələrinin hərbçiləri Alagöz yüksək dağlıq poliqonundakı təlimlərdə iştirak edəcəklər.

Artilleriyaçılar dronların dəstəyi ilə şərti düşmənin hədəfləri ilə bağlı kəşfiyyat aparılmasını, atəş açmaq üçün məlumatların hazırlanmasını və artilleriya bölmələrinin hücumu idarə etməsini məşq edəcəklər. Təlimlərdə “Akasiya” adlanan 152 mm-lik özüyeriyen habitsalardan, 2c12 “Sani” minaatan komplekslərdən və “Qrad” reaktiv sistemlərindən istifadə ediləcək.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.241055