Ruslan Əliyev "Azəriqaz"ı "BURDA MƏN, BAĞDADDA KOR XƏLİFƏ" PRİNSİPİ İLƏ İDARƏ EDİR

2022-06-21 13:51:00

Ruslan Əliyev

Prezidentin ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması üçün maaşların artırılması ilə bağlı fərman imzalamasına baxmayaraq, "Azəriqaz" İstehsalat Birliyi tabeçiliyində olan işçilərə qeyri-qanuni olaraq töhmət verir və bununla da əmək haqqlarının 4-də 1-ni tutmaqla onların əmək qabiliyyətini aşağı salır.

Bu barədə Hurriyyet.az-ın əldə etdiyi məlumatda deyilir ki, "Azəriqaz" İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən bütün idarə və region rəislərinin quru adı var. Yəni, onların əlində möhürü və demək olar ki, səlahiyyətləri də yoxdur. Həmçinin, o da qeyd olunur ki, "Azəriqaz" İstehsalat Birliyinin tabeçiliyindəki qurumlara adi xadiməni, fəhləni işə götürən, işçilərin dərəcəsini artırıb-azaldan da "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevdir. Digərlərinin isə heç bir səlahiyyəti yoxdur. Səlahiyyətsiz birinin isə günahı da ola bilməz. Məhz bu səbəbdən də səlahiyyətsiz işçiyə töhmət verməyin özü qanunsuzdur və heç bir məntiqə sığmır. Bütün bunlar ona dəlalət edir ki, Ruslan Əliyev "Azəriqaz"ı "Burda mən, Bağdadda kor xəlifə" prinsipi ilə idarə edir.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya