Saat:04:16
Haqqımızda

Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur qırmızı xəttimizdir - İran

2024-09-17 11:55:58

Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur qırmızı xəttimizdir - İran

Ölkəmizin xarici siyasətinin məqsəd və niyyəti dünyada birqütblü sistemin hökmranlığını qırmaq üzərində qurulub. ŞƏT, BRİKS və digərləri kimi bütün sazişlər bu istiqamətdədir.

Hurriyyet.az xəbər verir ki, bunu İranın Ekspertlər Məclisinin sədr müavini və İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi deyib.

Ərafi Rusiyanı dost ölkə adlandırıb və İran üçün son hədd sayılan şərtləri də xatırladıb:

“Çin və Rusiya kimi ölkələrlə dostluq, iqtisadi, siyasi, elmi əlaqələr buna əsaslanır, lakin biz Rusiyaya xəbərdarlıq edirik ki, dostluq münasibətlərinə baxmayaraq, üç ada və Zəngəzur dəhlizinin mülkiyyət məsələsi bizim qırmızı xəttimizdir”./axar.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.162674