Rusiyaya “Viaqra” idxalı dayandırıldı - Kişilər etiraz edir
.jpg)
Amerika şirkəti Viatris Rusiyaya ereksiya gücləndirici dərman “Viaqra”nın gətirilməsini dayandırıb.
Şirkət rəhbəri Rusiya bazarına sözügedən tabletlərin çıxarılmasının dayandırılması barədə qərar açıqlayıb.
Bu barədə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi məlumat verib.
Bununla belə molekul adı Sildenafilin Rusiyada istehsalı üçün hər cür imkanlar var və qurumlar bu barədə qərar verəcək
“Hazırda sildenafil tərkibli preparatın istehsalı üçün bütün texnoloji imkanlara malikik. Bununla bağlı 35 farmakoloji substansiyanın 8-i bu istehsalı üzərinə götürə bilər” – deyə nazirlik rəsmisi bildirib.
Fevralın 5-də Hantinqton tibbi mərkəzi Viaqra qəbulunun kişilər arasında ürək-damar problemlərindən erkən ölüm riskini xeyli azaltdığını bildirmişdi.
Rusiyada kişilər “Viaqra”nın yoxa çıxacağı ilə bağlı xəbərlərə sərt reaksiya verib və bunu Rusiyanın faciəsi adlandırıb. \\Bakupost.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya