Rusiyaya sanksiyanı bloklayan iki dövlət var

2022-05-31 10:05:00

Rusiyaya sanksiyanı bloklayan iki dövlət var

Putin qazdan silah kimi istifadə edir. Eyni zamanda, Avropada Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyaların qarşısını alan bir neçə ölkə var.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, AB-də Rusiyanın enerji sektoruna qarşı sanksiyalar təkcə Macarıstan deyil, həm də Xorvatiya tərəfindən bloklanır.

O qeyd edib ki, altıncı sanksiyalar paketi Avropada çoxlu müzakirələrə səbəb olur:

“Yadınızdadırmı, nə qədər müzakirələr gedirdi ki, Rusiya qazdan və neftdən silah kimi istifadə edir. İndi bunu sübut etməyə ehtiyac yoxdur. Burada aydındır. Düşünürəm ki, avropalılar Rusiya ilə enerji əlaqələrini tam şəkildə aradan götürəcəklər və başa düşəcəklər ki, Moskva etibarsız təchizatçıdır. İstənilən müharibədə qaydalar var, amma burada qazdan silah kimi istifadə etməyə çalışırlar”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya