Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına necə təsir göstərib? Paşinyan açıqladı

2022-06-14 12:52:00

Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına necə təsir göstərib? Paşinyan açıqladı

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl Cəzirə” telekanalına müsahibəsində Rusiya əleyhinə sanksiyaların Ermənistanın iqtisadiyyatında əks olunduğunu bildirib. Paşinyan 2022-ci ilin birinci rübündə Ermənistan iqtisadiyyatında 8,6% artım olduğunu söyləyib.

Paşinyanın sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyat keçirməyə başladıqdan sonra bir çox adamlar Rusiyadakı bizneslərini Ermənistana köçürüblər. Hər iki ölkə Avrasiya İqtisadi ittifaqının üzvüdürlər, lakin Ermənistan neytral iqtisadi zonaya sahibdir. Hökumət başçısı ölkə iqtisadiyyatındakı vəziyyətin idarəedilən olacağına ümid bəslədiyini bildirib: “Sözsüz ki, Rusiyanın iqtisadi vəziyyətinin Ermənistan iqtisadiyyatına birbaşa təsiri olmaqla yanaşı, ərzaq tədarükü, inflyasiya və bir çox digər faktorlarla əlaqədar qlobal iqtisadi gərginlik və başqa faktorlar da öz təsirini göstərir. Lakin hazırkı halda Ermnistanın bir çox göstəriciləri yetərincə yaxşıdır”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya