Rusiyaya qarşı növbəti qadağanlar - 16-cı sanksiyalar paketinin hədəfləri
2025-02-19 14:32:54

Hurriyyet.az xəbər verir ki, bu gün Aİ-nin 27 dövlətinin səfirləri Rusiyaya qarşı 16-cı sanksiya paketini qəbul ediblər.
Avropa İttifaqının Rusiyaya qarşı 16-cı sanksiya paketinə 48 nəfər fiziki şəxsin və 35 hüquqi şəxsin adları daxil edilib.
Bu barədə "Röyter" agentliyi Avropa diplomatlarına istinadla məlumat verib. Məlumata görə, hüquqi şəxslərə qarşı sanksiyalar onların Aİ-dəki vəsaitlərinin (mövcud olduğu halda) dondurulmasını nəzərdə tutur. Fiziki şəxslərə Aİ dövlətlərinə daxil olmaq yasaqlanacaq.
Hürr Tərcüman
