Rusiyaya qarşı ikinci cəbhə açılacaqmı? Gürcüstandan açıqlama

2022-05-13 19:08:00

Rusiyaya qarşı ikinci cəbhə açılacaqmı? Gürcüstandan açıqlama

Hurriyyet.az  “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın hazırda Ukrayna ilə müharibə edən Rusiyaya qarşı ikinci bir cəbhə açmayacağını və burada yeni müharibənin olmayacağını söyləyib.

Qaribaşvili 90-cı illərin əvvəlindən bəri Gürcüstanla Rusiya Federasiyası arasında 3 dəfə müharibə olduğunu xatırladıb. 2008-cü ildəki Cənubi Osetiya müharibəsinin ardından Rusiyanın Gürcüstanın ərazilərini işğal elədiyini və işğalın bu günə qədər davam elədiyini xatırladıb.

Rusiya ilə münasibətləri məsələsində diqqətli siyasətin yürüdülməsinin lazım olduğunu vurğulayan Qaribaşvili hökumət olaraq, ölkədə artıq bir müharibənin baş verməməsi üçün uyğun addımları atmağa davam elədiklərini və beləliklə, sabitliyin davam edəcəyini bildirib.

Xəbər verdiyimiz kimi, bu günlərdə Cənubi Osetiya Respublikasının yeni seçilmiş prezidenti Alon Qaqloyev qurumun ərazisinin Rusiyaya birləşdirilməsi üçün referendum keçirməyə hazır olduğunu bildirmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya