“Rusiyaya qarşı beynəlxalq məhkəmə qurulmalıdır”... “Bu təcavüzkarlığı hamımızı əzməsinə imkan vermədən dayandırmalıyıq”

2023-03-14 15:41:00

“Rusiyaya qarşı beynəlxalq məhkəmə qurulmalıdır”... “Bu təcavüzkarlığı hamımızı əzməsinə imkan vermədən dayandırmalıyıq”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Litva Prezidenti Qitanas Nauseda Avropa İttifaqının Ukraynada müharibə aparan Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq eləməli olduğunu deyib.

Nauseda Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Baş Assambleyasındakı çıxışı zamanı Rusiyanın daima Avropa dəyərlərinə qarşı təhdid olduğunu söyləyərək deyib: “Hamımızı əzmədən əvvəl bu təcavüzkarlığı dayandırmalıyıq”.

Nauseda təkcə Ukrayna xalqının taleyinin deyil, Avropada daimi sülhün də bunun sayəsində mümkün ola biləcəyini bildirərək söyləyib: “Rusiya Ukraynaya qarşı qəddar müharibəni dayandırana qədər bu ölkəyə qarşı sanksiyaları sərtləşdirməliyik. Həmçinin, hərbi cinayətkarları məsuliyyətə cəlb eləməliyik. Bu səbəbdən bu cür cinayətləri araşdıracaq xüsusi beynəlxalq məhkəmə qurulmasını dəstəkləyirəm. Həmçinin, Rusiyanın dondurulmuş vəsaitlərinin Ukraynanın yenidən inşasında xərclənməsini də dəstəkləyirəm”.  

Hürr Tərcüman.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.644803