Rusiyaya müharibə buna görə lazımdır - Zelenski
2025-11-24 09:06:14
İndiki müharibənin təşəbbüskarı və təcavüzkarı Rusiyadır. Rusiyanın özünün böyüklüyünü nəzərə alsaq, bu müharibə ərazilərin genişləndirilməsi üçün deyil, Kremlin müharibələrə başlamaq "hüququ" üçün aparılır.
Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.
"Bu müharibəni Rusiya başladı və bütün genişmiqyaslı müharibə boyu onu bitirmək istəməyən yalnız Rusiyadır. Putin bu müharibəni elə aparır ki, nə qədər adamını itirdiyinə, nə qədər insanımızı öldürməsinə əhəmiyyət vermir. Rus komandirlərinin vəhşilik etmək istəyi ilə yanaşı, onların açıq əmrləri var ki, istədikləri kimi öldürə bilərlər", - o bildirib.
Axar.az
