Rusiyaya göydən dron yağır
2025-05-23 15:54:45
Hurriyyet.az xəbər verir ki, Ukrayna Rusiyanı kütləvi dron hücumuna məruz qoyub.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib ki, mayın 20-dən 23-nə qədər Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın 1177 ədəd dronunu məhv ediblər. Onlardan 788 ədədinin hücumu "xüsusi əməliyyat zonası"ndan kənarda, yəni Rusiyanın öz ərazisində, digərləri isə cəbhə xəttində dəf edilib.
Hürr Tərcüman
