Saat:04:55
Haqqımızda

RUSİYAYA DAMI UÇAN EVCİKLƏR GÖNDƏRİLDİ! UKRAYNA RUSİYA AVİASİYASINI İÇƏRİDƏN VURDU

2025-06-02 10:20:38

RUSİYAYA DAMI UÇAN EVCİKLƏR GÖNDƏRİLDİ! UKRAYNA RUSİYA AVİASİYASINI İÇƏRİDƏN VURDU

 

ZELENSKİNİN RƏHBƏRLİYİ İLƏ İLYARIMA HAZIRLANAN ƏMƏLİYYAT TARİXƏ DÜŞƏCƏK

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Təhlükəsizlik Xidməti iyunun 1-də keçirdiyi "Pautina" ("Hörümçək toru") adlandırılan xüsusi əməliyyatı nəticəsində Rusiyanın təqribən 7 milyard dollar dəyərində qiymətləndirilən strateji aviasiyasını məhv elədiyini xəbər verib. Açıqlamada deyilir: "Rusiya Federasiyasının əsas baa aerodronlarındakı strateji qanadlı raket daşıyıcılarının 34%-i məhv edilib".
Mənbələrin məlumatına görə, Rusiyanın Ukrayna şəhərlərinə hücum üçün istifadə elədiyi 40-dan artıq təyyarə, o cümlədən A-50, Tu-95, Tu-22M3 təyyarələri vurulub.
Olenya və Belaya aerodromlarındakı təyyarələr yaxınlıqdakı dayanacaq yerlərindən havaya qalxan dronlarla vurulub.
NV kanalı Rusiya təyyarələrinin aerodromlarda necə yandığını göstərən videolar əldə edərək paylaşıb. Videoların birində Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasili Malyukun səsi eşidilir: "İndi Belaya aerodromu bax belə gözəl görünür. Düşmənin strateji aviasiyası".
NV kanalının xüsusi xidmət orqanlarındakı mənbələri "Pautina" xüsusi əməliyyatı nəticəsində Rusiyanın strateji aviasiyasının 41 ədəd təyyarəsinin məhv edildiyini bildiriblər. Onların sözlərinə görə, əməliyyata Ukrayna Prezidenti Vladimir Zelenski şəxsən başçılıq edib. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk və Xidmətin kollektivi həyata keçirib.
Əməliyyata ilyarım ərzində hazırlıq görüldüyü bildirilir. 
Ukrayna Təhlükəsizlik Xidməti əvvəlcə Rusiyaya FPV dronlar, ardından damı altında dronlar gizlədilmiş mobil taxta evciklər göndərib. Taxta evciklər yük maşınları ilə Rusiyaya daxil olub.  Lazımi anda evciklərin damları məsafədən idarəetmə ilə açılıb və Dronlar Rusiya qırıcılarını məhv etmək üçün havaya qalxıb.
Hürr Tərcüman

Зеленский об операции СБУ: Использовано 117 дронов, офис был возле управления ФСБ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.162338