Rusiyaya ağır zərbə: Putinin istifadə etdiyi qayıq vuruldu- VİDEO

2022-05-10 20:30:00

Rusiyaya ağır zərbə: Putinin istifadə etdiyi qayıq vuruldu- VİDEO

Ukrayna ordusu fevralın 24-də başlayan müharibənin ən mühüm hücumlarından birini həyata keçirib. 

Bu barədə “Ukraine Now Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinin donanma qüvvələrini yoxlayarkən və paradlarda istifadə etdiyi ağ qayığı Qara dənizdəki Serpent adası yaxınlığında lazerlə idarə olunan bomba ilə vurulub.

Putin Bayraktar TB2-nin vurduğu qayıqdan Sevastopol və Sankt-Peterburqda dəniz donanmalarına baxış keçirərkən, eləcə də hərbi paradlarda çıxış edərkən istifadə edirdi.

“Ukraine Now Telegram” kanalı botun Putin tərəfindən istifadə edildiyini təsdiqləyib. Müharibə başlayanda Rusiyanın səkkiz “Raptor” tipli qayığın olduğu təxmin edilir, onlardan beşi Ukrayna tərəfindən məhv edilib.

Qeyd edək ki, Bayraktar TB2 PUA-ları bir neçə gün əvvəl adaya əsgərləri endirən iki qayıq və bir helikopteri raketlərlə vurmuşdu.

 

 

Ölkə.Az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya