Saat:17:00
Haqqımızda

Rusiyanın Yunanıstandakı casusu ifşa olundu! Maria deyil, İrina imiş

2023-03-18 11:24:00

Rusiyanın Yunanıstandakı casusu ifşa olundu! Maria deyil, İrina imiş

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Yunanıstanda toxunma mallar dükanının sahibi olan qadının Rusiya casusu olduğu aşkara çıxıb.

Yunanıstan Milli Kəşfiyyat Xidməti (EYP) 2018-ci ildən bəri ölkədə gizli şəkildə fəaliyyət göstərən bir casusun aşkar edildiyini bildirib.

Yunanıstanın ERT dövlət informasiya agentliyinin verdiyi xəbərdə paytaxt Afina şəhərinin Panqrati rayonunda toxunma və əl işi məhsullarının satıldığı dükanın sahibi olan qadın casusun “Maria Tsalla” adı ilə yaşadığı, onun əsl adının “İrina A.S.” olduğu bildirilir. O, özünü həm də fotoqraf olaraq tanıdıb. Casusun 1991-ci ildə vəfat edən bir yunan körpənin şəxsiyyət məlumatları ilə Yunanıstanda yaşadığı xəbər verilir.

Saxta yunan pasportu ilə Afinada yaşayan qadının “illeqals” (qanunsuz) adlı xüsusi casus kateqoriyasından olduğu, həmin kateqoriyadan olan casusların başqa şəxslərin və ya vəfat etmiş körpələrin şəxsiyyət vəsiqələri ilə fəaliyyət göstərdikləri qeyd edilib.

“İlleqals” qrupundan olan digər üzvlərin həbs edilməsindən sonra rus qadının Rusiyanın çağırışı ilə yanvar ayında Yunanıstanı tərk edərək vətəninə getdiyi güman edilir.

ERT agentliyinə müsahibə verən təhlükəsizlik eksperti Aleksandros Niklan “İlleqals” kateqoriyasından olan casusların 5-10 il təlim keçdiklərini, bəzən hədəflərinə 25 il kimi uzunmüddətli dövr ərzində nail olduqlarını söyləyib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR