Rusiyanın yüksək dəqiqlikli raketləri bitir - Pentaqon

2022-05-10 10:09:00

Rusiyanın yüksək dəqiqlikli raketləri bitir - Pentaqon

Rusiyaya qarşı sanksiyalar artıq onun müdafiə sənayesi bazasına zərər vurmağa başlayır və bu, Rusiya ordusunun yüksək dəqiqlikli sursat ehtiyatını doldurmasını çətinləşdirir.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi deyib.

“Gördük ki, onlar çoxlu sayda yüksək dəqiqlikli silah istifadə etdilər. İndi onlar Mariupolu idarə olunmayan raketlərə vurmağa davam edirlər. Bu da onu göstərir ki, onlar yüksək dəqiqlikli sursatların yerini doldurmaqda problemlər yaşayırlar. Hesab edirik ki, xüsusən elektron komponentlərə tətbiq olunan sanksiyalar, Rusiyanın hərbi-sənaye bazasının imkanlarına və onların yenidən təchizat qabiliyyətinə təsir göstərib”, - Pentaqon rəsmisi bildirib


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya