Saat:23:32
Haqqımızda

Rusiyanın Xarici İşlər Nazirliyi: “Sülhməramlılar səy göstərirlər”

2022-08-04 17:31:00

Rusiyanın Xarici İşlər Nazirliyi: “Sülhməramlılar səy göstərirlər”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Qarabağdakı gərginliklə bağlı “son dərəcə narahat” olduğunu bəyan edib. Bununla bağlı açıqlama nazirliyin saytında dərc edilib.

RF XİN ölənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başlağlığı verdiyini bildirib, yaralananların tezliklə sağalmasını arzulayıb. Açıqlamada deyilir: “Rusiya sülhməramlıları “yerdə” vəziyyətin sabitləşməsi üçün bütün zəruri səyləri göstərir. Ölkənin ali rəhbərliyi də daxil olmaqla, hər iki tərəflə bütün kanallarla və bütün səviyyələrdə fəal iş aparılır. Rusiya Federasiyasının Xarici İşlər naziri S.V.Lavrov azərbaycanlı və erməni həmkarları sıx təmasdadır”.

Açıqlamada Rusiya, Azərbaycan və Ermənistanın liderlərinin 2020-ci il 9 noyar tarixlərində imzaladıqları Bəyanatın müddəalara ciddi şəkildə əməl edilməsi çağırışı edilib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR