Rusiyanın Xarici İşlər Nazirliyi də MN kimi səhv buraxır: “Dağlıq Qarabağ” ifadəsi işləndi

Hurriyyet.az “Qazeta.ru” portalına istinadla xəbər verir ki, Rusiya XİN-in mətbuat təmsilçisi Mariya Zaxarova martın 5-də Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribatla bağlı açıqlamasında Azərbaycan dövləti ilə separatçıları bir tutaraq “tərəfləri təmkinli olmağa” çağırıb, üstəlik artıq etibarlı olmayan “Dağlıq Qarabağ” ifadəsini işlədib.
Bəlli olduğu kimi, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Mariya Zaxarovanın Rusiya XİN-in rəsmi saytında dərc edilmiş açıqlamasında deyilir:
“Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı ciddi narahatlığımızı bildiririk. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm erməni, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib.
Təkidlə tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması haqqında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi əməl olunmasının zəruriliyini bir daha təsdiq edirik.
Rusiya sülhməramlı kontingentinin (RSK) məsuliyyət zonasında təhlükəsizliyin və həyat fəaliyyətinin təmin edilməsi ilə bağlı hər hansı məsələlər RSK-nın himayəsi altında tərəflər arasında təmasda sülh yolu ilə həll edilməlidir.
Baş verən hadisə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının icrası çərçivəsində Bakı və İrəvanın mümkün qədər tez danışıqlara qayıtmasının vacibliyini bir daha təsdiqləyir. Bu bəyanatların müddəlarına regional kommunikasiyaların açıqlması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sülh müqaviləsinin hazırlanması məsələləri daxildir”.
Bəlli olduğu kimi, Rusiya Müdafiə Nazirliyinin də 6 mart tarixli bəyanatında separatizmə və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyə açıq dəstək verilir, “Dağlıq Qarabağın Hüquq Mühafizə Orqanının əməkdaşları” kimi ifadələr yer alıb, Azərbaycan ərazilərinin adı düzgün yazılmayıb. Üstəlik, RF MN Azərbaycanın Qarabağ bölgəsində sülhməramlıların fəaliyyəti ilə bağlı məlumat bülletenində Azərbaycanın atəşkəs rejimini pozduğu bildirilir .
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya