Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdədir
2022-06-07 20:16:00

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər edib.
İyunun 8-də Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları planlaşdırılır.
Nazirlər Ukrayna, Suriya, Liviya və Qarabağ nizamlanması, həmçinin Balkanlar, Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.
Bundan əlavə, Lavrov və Çavuşoğlu Qərbin Rusiyaya qarşı sanksiyaları kontekstində ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. \\Report
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya