"Rusiyanın Ukraynaya təzavüzü dünya siyasi "elitasının" bir qisminə tam sərf edir" - NATİQ CƏFƏRLİ

2022-06-16 12:12:00

"İndi hamının başı Rusiyanın vəhşiliyənə qarışıb, suallar da, iradlar da, vaksinləşmə kimi mənasız addımlar da yaddan çıxdı"

"Rusiyanın Ukraynaya təzavüzü, davam edən müharibə iki məsələyə görə dünya siyasi "elitasının" bir qisminə tam sərf edir, özü də bu kəsmdən olan "elita" hər iki məsələnin lobbiçisi idi. Birincisi, pandemiya yaddan çıxdı, müharibə bu məsələnin üstünü örtdü. Halbuki, 2020-21-ci illərdə, pandemiya zamanı o qədər səhv qərarlar, mənasız qadağalar oldu ki, müharibə olmasaydı dünya həmin "elitanı" məhşər ayağına çəkəcəkdi, istintaqlar, araşdırmalar, skandallar, hətta böyük səs-küylü həbslər ola bilərdi". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, indi isə hamının başı Rusiyanın vəhşiliyənə qarışıb, suallar da, iradlar da, vaksinləşmə kimi mənasız addımlar da yaddan çıxdı: "Hətta Çində 3,3 mlrd. vaksin vurulmasına, absurd qapanmalara baxmayaraq ancaq əhali hər gün yüzminlərlə xəstələnib/sağalandan, təbii immunitet qazanandan sonra orda da vəziyyət düzəldi. İkincisi, müharibə neft-qaz qiymətlərini kəllə-çarxa çıxardı, hələ bir müddət də qiymətlər çox baha olacaq. Sanksiyalara rəğmən, baha neft-qaza görə Rusiya günə 1 mlrd. dollar pul qazanır, keçən il bu rəqəm 330 mln. dollar idi. Yəni, Moskva indi 3 dəfə çox pul qazanır. Və baha neft-qaz ən çox alternativ enerji lobbisinə lazımdır - neft/qaz baha olmasa heç kim (özəl sektor) alternativ enerjiyə sərmayə qoymaz, ənənəvi enerji daşıyıcıları mütləq baha olmalıdır ki, alternətiv enerji sahəsi subsiyadan çıxsın, rentabelli olsun. Hələ ki, bu sahə bütün dünyada dövlət sərmayəsi və subsiyadalar hesabına ayaqda qala bilirdi. Bu gün neft, məsələn 40 dollar, qazın qiyməti, məsələn, hər 1000 m3 üçün 170-200 dollar olsa, heç bir özəl təşəbbüs alternativ enerji layihələrinə 1 dollar da sərmayə yönəltməz, tək dövlət vəsaiti və subsidiyaları ilə isə bu sahəni inkişaf etdirmək mümkün deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya