“Rusiyanın Ukraynaya atdığı raket öz ərazisinə düşüb”

2022-08-31 14:24:00

“Rusiyanın Ukraynaya atdığı raket öz ərazisinə düşüb”

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Xarkov Vilayət Hərbi Administrasiyasının başçısı Oleq Sinequbov “Teleqram” kanalındakı açıqlamasında avqustun 31-nə keçən gecə Rusiya hərbçilərinin Belqorod şəhərindən Xarkova 3 raket atdıqlarını, atılan raketlərdən birinin Rusiya ərazisində partladığını bildirib.

Sinequbov yazıb: “Gecəyarısına yaxın Belqorod şəhərindən Xarkov istiqamətinə 3 raket atılıb. Onlardan biri RF ərazisində, digəri isə Xarkovun Şevçenko rayonunun ərazisi üzərində, səmada partlayıb”.

Onun sözlərinə görə, üçüncü raket Kiyev rayonundakı təhsil müəssisənin yaxınlığına düşərək yanğın törədib, nəticədə 81 və 71 yaşlarında iki qadın yaralanıb.

Döyüşlər davam edir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059387