Saat:13:37
Haqqımızda

"Rusiyanın Ukraynanı hücumdan çəkindirmək planı fiaskoya uğrayıb" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-05-30 13:36:00

"Kiyev və Kreml arasında hər hansı bir danışıqlar mümkün görünmür, müharibə elə bir situasiyada davam edir ki, burada bir tərəfin məğlubiyyəti vacibdir"

"Moskvaya hücum Kiyevin əks-hücumunun tərkib hissəsidir. Rusiyanın paytaxtı Moskva PUA-ların hücumuna məruz qalıb. Rusiya iki gündür kütləvi şəkildə Kiyevə raket və PUA hücumları həyata kecirir. Ukrayna tərəfindən Kremlin cavabı verməli idi". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun sözlərinə görə, Moskvaya hücum göstərir ki, Kiyev Kremlə kimi gələ bilir: "Rusiya çalışır ki, Kiyevə intensiv zərbələr endirməklə, Ukraynanın əks-hücumlarının qarşısını alsın. Kiyevə hücumlar nəinki Ukraynanın planın qarşısını almır, hətta hücumları Moskvaya qədər edəcək gücdə olduğunu mesajını verir. Ona görə də Rusiyanın Ukraynanı hücumdan çəkindirmək planı fiaskoya uğrayıb".

Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, Ukrayna və Rusiya arasında hər hansı bir danışıqlar mümkün görünmür: "Müharibə elə bir situasiyada davam edir ki, burada bir tərəfin məğlubiyyəti vacibdir. Ukraynanın əks-hücumu gecikərsə, Rusiyanın toparlanmasına səbəb olacaq. Ukrayna Rusiya ərazilərini də legitim hədəf seçib. Burada əsas olan Krıma hücum zamanı Rusiyanın siyasi spekulyasiyalarına son verməkdir. Bu arada, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Zalujinin yaralandığı haqqında fikirlər var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR