Rusiyanın Ukraynadakı müharibəsindən sonra növbə Çinin Tayvanda müharibəsinə gələcək

2022-05-31 14:15:00

Rusiyanın Ukraynadakı müharibəsindən sonra növbə Çinin Tayvanda müharibəsinə gələcək

Hərbi analitiklər xəbərdarlıq edir ki, Ukraynanın şərqində vəziyyət dəyişib və yenidən qruplaşaraq fəallaşan rus qoşunları Kiyevə ikinci zərbə endirə bilər. Rusiyanın kağızdan pələng olması ilə bağlı bütün söz-söhbətlərə baxmayaraq, ekspertlər onun hərbi güc baxımından Ukraynadan qat-qat üstün olduğunu həmişə bilirdilər. Bu, qələbəyə zəmanət verməsə də  Rusiya uzun müddət dünyanın ciddi qəbul etmədiyi əsas güclərindən biri olaraq qalır.
Məlumatlara görə hər gün ən azı 100 ukraynalı döyüşçünün öldürüldüyü Rusiya ilə müharibə davam etdikcə, Pekin vəziyyəti diqqətlə izləməyə davam edəcək.
Çin materikdən təxminən 160 kilometr şərqdə yerləşən və Çin əhalisinin üstünlük təşkil etdiyi ada olan demokratik Tayvanı nəzarətə götürmək niyyətindədir. Ukraynadakı silahlı münaqişə müddətində Çinin dövlət mediası Rusiyanın düzgün hərəkət etdiyi və hərbi kampaniyasında qalib gəldiyi xəbərini yayır. Ola bilsin ki, təkcə bu, Çin millətçilərini Tayvanı işğal etməkdən ötrü səfərbərliyə cəlb etməyə kifayətdir.
İndi Rusiya qoşunları Ukraynadakı vəziyyəti alt-üst etdiyinə görə, Çin üçün tezliklə Tayvanda ən azı bəzi addımlar atmamaq çox çətin olacaq. Belə ki, ötən həftə ABŞ prezidenti Co Bayden Çinin Tayvana hücum edəcəyi təqdirdə ABŞ-ın hərbi müdaxiləyə hazır olacağını bildirib. Bundan sonra Amerika lideri nə qədər tənqid olunsa da, onun bəyanatında müəyyən həqiqət var - Vaşinqton üçün Tayvan münaqişəsindən uzaq durmaq Ukrayna münaqişəsindən uzaq durmaqdan qat-qat çətin olardı. Görünən odur ki, ABŞ Rusiyanın qızışdırıb Ukraynaya hücuma təhrik etdiyi kimi, Çini də Tayvana hücum etməyə təhrik edir.
Tayvan Yaponiya ərazisinin mühüm hissəsini özündə birləşdirən "adalar silsiləsi"nin bir hissəsidir. Bu adalar silsiləsi Sakit okeanın qərbində Çinin hökmranlığına yetərliqədər mane olur.Tayvan yıxılacağı təqdirdə, bu, şübhəsiz ki, Pekinin hökmranlığının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq, nəticədə isə ABŞ regiondan sıxışdırılacaq.
Bütün bunlardan başqa, Amerikanın beynəlxalq ticarətdə zəmanət təminatçısı rolu zəifləyə bilər, hansı ki, məhz bu rolun sayəsində ABŞ dolları dünyanın ehtiyat valyutasıdır. Bu halda ABŞ-ın gücü və iqtisadi nüfuzu üçün zədələnə bilər.
Məlum olduğu kimi, Qərb Ukraynanı silahla təmin edir və hələ Rusiyanın nəzarətində olmayan quru sərhədləri vasitəsilə gələcək tədarüklər hələlik Kiyevə kömək edə bilər.
Ancaq Tayvan adadır. Çin Xalq Azadlıq Ordusu (PLA) bu adanı mühasirəyə alarsa, Taypeyin müdafiə təchizatı zəifləyəcək. Tayvanı işğal etmək, şübhəsiz asan məsələdir. Təxminən 160 kilometr eni olan Tayvan boğazını ilin böyük hissəsini keçmək çətindir. Üstəlik, istənilən işğal böyük qüvvələr tələb edir. Ancaq iki milyon əsgəri və ən azı 500.000 nəfər ehtiyat əsgəri olan Cin ordusunda bu imkanlar var. Təbii ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatda olduğu kimi, istənilən işğal hazırlığından öncə Tayvanın peyk görüntülərində qeydə alınacaq.
Bununla belə, Vaşinqton və müttəfiq qüvvələrə də hazırlıq üçün xeyli vaxt lazımdır.
Ola bilsin, Ukrayna hadisələrindən fərqli cəhətlərdən biri odur ki, Aİ və NATO müttəfiqləri hələ ABŞ-ın iştirakı olmadan münaqişəyə qarışmağa hazır deyillər. Lakin Vaşinqton Tayvan məsələsinə qarışmasa, Hindistan, Yaponiya və Cənubi Koreyanın böyüyən Çin hökmranlığı təhlükəsi nəzərə alınmaqla nə qədər kənarda qalacağı sual altındadır. Yeni Dehli qorxacaq ki, cəsarətli Çin elə onun öz ərazisində güc tətbiq edəcək. Çünki Çin və Hindistan arasında sərhəd toqquşmaları davam edir və ixracat nəhəngləri olan Yaponiya ilə Cənubi Koreya asılı olduqları dəniz yollarını Pekinə güzəştə gedə bilməyəcəklər.
Ona görə də Ukraynadakı vəziyyətin dəyişməsi fonunda Çin Moskvanın qələbələrinin müşahidəçisi rolunun itirilməsinə və simasını itirməsinə dözməkdən imtina edə bilər. Bundan əlavə, Pekin dünyanın gözünə Baydenin hərbə-zorbasından qorxmuş kimi görünmək istəməyəcək. Tayvan münaqişəsinin daha böyük müharibəyə çevrilməsi riski çox realdır.
Çinin Avstraliya yaxınlığındakı Solomon adaları ilə bağladığı təhlükəsizlik paktı və Havay adaları yaxınlığında yerləşən Kiribati ştatı ilə də analoji sazişin müzakirəsi Pekinin bunu yaxşı bildiyini sübut edir. Beləliklə, Rusiyanın Ukraynadakı uğurları Şərqi Asiyada gərginliyi tətikləyə bilər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya