Rusiyanın Suriyadakı bazalarının taleyi necə olacaq? Suriya diplomatının cavabı
2024-12-10 09:47:16
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Kusey Al Dahhaq Rusiya Federasiyasının respublika ərazisindəki - Tartus və Hmeymimdəki bazalarının taleyinin necə olacağını bilmədiyini bəyan edib. O, TASS informasiya agentliyinin müvafiq sualına cavab verərkən deyib: "Bu barədə məlumatım yoxdur, çünki mən diplomatam".
Hürr Tərcüman
