Rusiyanın ŞOK PLANI: Qara dənizdə Türkiyə üçün böyük təhlükə

2022-04-19 16:30:00

Rusiyanın ŞOK PLANI: Qara dənizdə Türkiyə üçün böyük təhlükə

Rusiya Ukraynaya müdaxiləsinin 48-ci günündə yenidən Donbasa doğru yönəldiyini bildirsə də, Kiyevi bombalamağa davam edir. Lakin ötən həftə Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyserinin Neptun raketləri ilə vurulması və gəminin batması ilə bağlı açıqlaması bütün gündəmi dəyişib. Rusiya tərəfi gəminin raket hücumu ilə deyil, sursat partlaması nəticəsində batdığını bəyan edib. Digər tərəfdən, Rusiya Donbasa çəkildiyini elan etsə də, Ukraynanın Qara dənizlə əlaqəsi olan şəhərlərinin bombalanması bəzi suallar doğurur.

Hurriyyet.az-ın məlumatına görə, iddia olunur ki, Rusiya Ukraynanın Qara dəniz sahilindəki şəhərlərini (Mariupol, Xerson - red) ələ keçirib quruya sıxışdırmaq istəyir.

Bəs Ukraynanın dənizə çıxışı olmayan dövlətə çevrilməsi Rusiyaya hansı üstünlükləri verir, onun Ukrayna üçün nə kimi mənfi cəhətləri var? Rusiya hərbi gəmisinin Qara dənizdə batması bölgədəki hökmranlığa və müharibəyə necə təsir edəcək? Gələcəkdə Rusiyanın Qara dənizdə Türkiyənin ən böyük qonşusuna çevrilməsi qardaş ölkə üçün nə deməkdir?

“Donbas və Krımı birləşdirmək”

Rusiya və Qafqaz regionu üzrə tədqiqatçı, professor Kamer Qasım qeyd edib ki, Rusiya bu nöqtədə Odessanı alsa, Ukrayna Qara dənizə çıxışı olmayan bir ölkəyə çevriləcək: “Ukrayna üçün bu, təkcə strateji itki deyil, onu iqtisadi baxımdan çox çətin vəziyyətə salacaq bir addımdır. Burada kritik nöqtə Odessadır. Rusiyanın Kiyevdəki uğursuzluğu və çox ciddi itkiləri onu bu vəziyyətə gətirib çıxardı. Donbas və Krımı birləşdirmək üçün aralıqda yerləşən şəhərləri də almaq istəyir”.

Ukraynanın Qara dənizə çıxışının qarşısını kəsməyə çalışaraq, Rusiyanın bu dənizə sahilyanılıq baxımından çəkisinin artacağını ifadə edən Kamer Qasım “Rusiya Krımı ilhaq etdi, amma dünya onu tanımır. Ona görə də Qara dənizə çıxışı olan Ukrayna Krıma iddiasını davam etdirəcək. Odessa Ukrayna üçün çox önəmlidir. Bu şəhəri Ukraynanın əlindən almaq onu tam mənada quru dövlətə çevirmək deməkdir. Buna görə də Ukrayna Odessada çox yaxşı müdafiə istehkamları quracaq”, - deyə bildirib.

Bu ölkələrlə yaxından əməkdaşlıq

K.Qasım qeyd edib ki, “Moskva” gəmisinin dəyəri içindəki silah sistemləri ilə birlikdə 1 milyard dollardır: “O gəmini ən yaxşı halda 5-6 ildən sonra yenisi ilə əvəz etmək olar”.

Professor əlavə edib ki, Türkiyə Qara dəniz bölgəsindəki donanması baxımından güclü ölkə olsa da, bölgədə Rusiya ilə tək qalmaması lazımdır: “Soyuq müharibə dövründə Qara dənizdə Türkiyə və Sovet İttifaqı var idi. Sovetlər dağılanda Ukrayna və Gürcüstan müstəqil oldu. Rumıniya, Bolqarıstan NATO üzvü oldu. Əgər Qara dəniz sahili Rusiyanın nəzarətinə keçərsə, Türkiyə onu tarazlaşdırmaq üçün digər sahilyanı ölkələrlə sıx əməkdaşlıq etməli olacaq. Bundan əlavə, Türkiyə NATO üzvüdür və artıq Qara dənizdə lazımi potensialı yaradıb”.

Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) beynəlxalq əlaqələr üzrə eksperti Doğacan Başaran bildirib ki, Rusiya Ukraynanı quru dövlətə çevirərək tədarük zəncirini çətinliyə salmağa çalışır.

“Ukrayna geosiyasi olaraq mühasirədə olduğu üçün Qara dənizlə həmsərhəd dövlətlər baxımından da Rusiyaya üstünlük verir. Rusiya Vladimir Zelenskini devirmək məqsədindən uzaqlaşıb. Ancaq Ukraynanın hərbi yolla Qara dənizə çıxmasının qarşısını alacaq geosiyasi xəttin yaradılması nöqtəsində ən azı Rusiyanın məğlubiyyətindən danışa bilmərik” - D.Başaran qeyd edib.Şimaldan mühasirə

Qara dənizdə batan “Moskva” kreyseri ilə Ukraynada müharibə başlayandan bəri Rusiyanın hərbi gücünün şübhə altına alındığını bildirən Başaran “Buna görə də ciddi bir nüfuz itkisi yaşadılar. Amma Qara dəniz zolağının yaradılması uğurlu olardı” - deyə vurğulayıb.

D.Başaran əlavə edib edir ki, Türkiyənin Qara dənizdə istədiyi müharibədən əvvəlki status-kvonun qorunub saxlanılmasıdır: “Türkiyə bu istiqamətdə artıq vasitəçilik diplomatiyası həyata keçirib. Məqsəd isə Qara dənizin nə vaxtsa qeyri-sabitlik bölgəsinə çevrilməsinin qarşısını almaq idi. Qısa müddətdə problem olmaya bilər, amma uzunmüddətli perspektivdə iki ölkənin maraqlarının toqquşmağa başladığı nöqtələrdə Qara dəniz tarazlığı işləri bizim əleyhimizə çevirə bilər”.

Publika.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya