Saat:10:34
Haqqımızda

"Rusiyanın Rəsulzadəyə qarşı qaralama kampaniyasına imkan yaradan biz özümüzük" - XAQANİ CƏFƏRLİ

2024-02-01 11:22:06

"Əgər hər bir azərbaycanlı vətəndaşı olduğu bu dövlətin qurucusuna sahib çıxsa, o zaman Rusiya Rəsulzadəyə böhtan ata bilməz"

"Rusiyanın Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni Hitler Almaniyası ilə əməkdaşlıqda ittiham etmək cəhdi Moskvanın qaralama kampaniyası olsa da, buna imkan yaradan biz özümüzük". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib.

Belə ki, "Hindistanın qurucusu Mahatma Qandi Hitlərə yazdığı məktubları "Əziz dost" ifadəsi başlayıb, "Səmiyyətlə sizin M.K.Qandi" ifadəsi ilə bitib" deyən politoloqun sözlərinə görə, buna baxmayaraq Rusiya Mahatma Qandini faşistlərlə işbirliyində ittiham etməyə cəsarət etmir: "Çünki Hindistanda iqtidarda hansı partiyanın olmasından asılı olmayaraq Hindistan dövləti hər kəsi onun qurucularına sayğı göstərməyə vadar edir. Mahatma Qandinin nəticəsi Rahul Qandinin başçılıq etdiyi Hindistan Milli Konqresi Narendra Modinin başçılıq etdiyi hökumətə qarşı barışmaz müxalifətdə olmasına baxmayaraq, Modi Mahatma Qandinin Yaponiyada büstünün qoyulmasına nail oldu. Büstün açılışını Modi şəxsən özü etdi. Əgər hər bir azərbaycanlı vətəndaşı olduğu bu dövlətin qurucusuna sahib çıxsa, o zaman Rusiya Rəsulzadəyə böhtan ata bilməz".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.322422