Rusiyanın qırıcısı parça-parça oldu
2025-07-01 17:32:08

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Nijeqorod vilayətində, təlim-məşq uçuşu zamanı Su-34 təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda deyilir: "Uçuşların rəhbərinin əmri ilə heyət təyyarəni təhlükəsiz zonaya apararaq katapulyasiya edib. Uçuş hərbi komplekt olmadan icra edilib. Təyyarə insansız rayonda yerə düşüb. Ərazidə dağıntı olmayıb".
Hürr Tərcüman
