"Rusiyanın qələbəsinə ümid edənlər ehtiyatda "ürək damcıları" saxlamalıdır" - XAQANİ CƏFƏRLİ

2022-09-01 11:43:00

"Liz Trass bildirib ki, qalib gələcəyi halda əcnəbi liderlər arasında birinci Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıcaq"

"Gürcütanın üçüncü prezidenti Mixail Saakaşvili Rusiyanın qələbəsinə ümid edənləri xəbərdar edib ki, ehtiyatda "ürək damcıları" saxlasalar yaxşı olar. Saakaşvili bu xəbərdarlığı Ukraynanın Xersonu azad etmək üçün əməliyyata başlaması, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynanın işğal olunmuş ərazilərində düşmənlə əməkdaşlıq edənlərin məhv edilməsinin kütləvi hal almasını şərh edərkən sələndirib". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Saakaşvilinin belə bir xəbərdarlıqla çıxış etməsinə əsas verən hadisələrin sırasına Liz Trassın gözlənilən qələbəsini daxil etmək lazımdır: "Mühafizəkarlar Partiyasının liderini seçmək üçün partiyadaxili səssvermə sabah, sentyabrın 2-də başa çatacaq. Rəy sorğularına görə Liz Trass rəqibi Rişi Sunaka böyük fərqlə qalib gələcək. Zərurət yaranacağı halda tərəddüd etmədən və müttəfiqləri ilə müakirə aparmadan nüvə silahından istifadə edəcəyini vəd edən Liz Trassı “Yeni Dəmir Ledi” adlandırırlar. Trasın qələbəsi Rusiya və rusların qələbəsinə ümid edənlər üçün növbəti bəd xəbər olacaq. Liz Trass bildirib ki, qalib gələcəyi halda əcnəbi liderlər arasında birinci Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıcaq. Rusiyanın qələbəsinə ümid edənlərin ehtiyatda “ürək damcıları” saxlamasına əsas yaradan hadisələr isə burada qeyd edilənlərdən dəfələrlə çoxdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060173