"Rusiyanın qələbəsi bölgədə terrorun və istibdadın hakim olması ilə nəticələnəcək" - XAQANİ CƏFƏRLİ

2022-05-04 12:40:00

"Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən hər bir ölkə, hər bir şirkət və ya şəxs Kremlin cinayətlərinə şərik hesab edilməli, onlara qarşı da sanksiyalar tətbiq edilməlidir"

"ABŞ prezidenti Co Bayden "Lockheed Martin" şirkətinin Alabama ştatındakı "Javelin" və "Stinger" istehsal edən zavoduna gedərək müəssisənin işçiləri ilə görüşüb. Zavodun işçiləri qarşısında çıxış edən prezident Co Bayden Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərdən, Ukrayna xalqının qəhrəmancasına müqavimətindən, "Javelin""Stinger" silahlarının faydasından bəhs edib. Prezident buna görə zavodun işçilərini daha çox "Javelin""Stinger" istehsal etməyə çağırıb". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, bəşəriyyətin tarixi dönüş nöqtəsində olduğunu və bu prosesin altı-səkkiz nəsildən bir baş verdiyini qeyd edən Co Bayden bu mübarizənin ucuz olmayacağı, lakin təcavüzə boyun əyməyin daha baha başa gələcəyini vurğulayıb: "Bütün dünya, xüsusulə də bölgə ölkələri bu lozunqla hərəkət etməlidir ki, bu mübarizə ucuz olmayacaq, lakin təcavüzə boyun əymək daha da baha başa gələcək". Rusiyanın Ukraynada qələbəsi bölgə üzərində terrorun və istibdadın hakim olması ilə nəticələnəcək. Ona görə Ukraynanın qələbəsi üçün bütün dünya, xüsusilə də bölgə ölkələri itgilər verməkdən çəkinməməlidirlər. Belə bir vəziyyətdə Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən hər bir ölkə, hər bir şirkət və ya şəxs bəşəriyyətə xəyanət, istibdada xidmət edir".

Xaqani Cəfərli hesab edir ki, Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən hər bir ölkə, hər bir şirkət və ya şəxs Kremlin cinayətlərinə şərik hesab edilməli, onlara qarşı da sanksiyalar tətbiq edilməlidir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya