Rusiyanın qazı ilə Nigerin uranı əldən çıxıb - Fransada inflyasiya maksimum həddə çatdı

Hurriyyet.az xəbər verir ki, INSEE milli statistika institutunun ilkin məlumatlarına görə, avqust ayında Fransada inflyasiya 4,8% artıb. İyulda isə bu rəqəm 4,3%-ə bərabər olub.
Fransada inflyasiya cari ilin aprel ayından bəri müşahidə olunur. Fransanın İqtisadiyyat naziri Bryuno Le Merin açıqlamasına görə, yaxın zamanlarda ölkənin pandemiyadan əvvəlki 2% inflyasiya səviyyəsinə qayıdacağı gözlənilmir.
İnflyasiyanın sürətlənməsinin əsas amili enerji daşıyıcılarının 6,8% bahalaşmasıdır. Ekspertlər qeyd edirlər ki, Rusiyadan qaz tədarükünün azaldılması və Fransa AES-lərinin fəaliyyətindəki çatımazlıqlar (atom stansiyalarının işləməsi üçün lazım olan uran maddəsi ilə təmin edən Nigerin yeni rəhbərliyi Fransaya ixracı qadağan edib) fonunda elektrik enerjisi sürətlə bahalaşmaqdadır.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya