Saat:19:52
Haqqımızda

"Rusiyanın Qarabağdakı hərbçilərini Ukraynaya göndərməsinə ehtiyac var" - ELXAN ŞAHİNOĞLU

2022-09-29 14:56:00

"Kreml bizi Qarabağ separatçılarıyla baş-başa buraxarsa, ərazimizdə nəzarəti tam bərpa edərik"

"Britaniyanın “MI-6” kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Ukrayna ərazisini taktiki nüvə silahıyla vuracaq məkanları müəyyənləşdirib. Plan hazırdır. Ukrayna prezidenti Volodimir Zelenskinin Kremlin bu planı haqqında məlumatı var. ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces bildirib ki, əgər Rusiya taktiki nüvə silahı işlətsə, ABŞ Qara dəniz donanmasını tamamilə məhv edəcək". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, bu, nüvə müharibəsinə yol açacaq: "Maraqlıdır, Rusiya Ukrayna və Qərb dünyasıyla ölüm-dirim savaşına başlayarsa, taktiki nüvə silahları havada uçuşarsa Kreml Qarabağdakı hərbçilərini geri çəkərmi? Ümumiyyətlə, Rusiya səfərbərliyi həyata keçirməkdə çətinlik çəkdiyi halda Kremlin Qarabağdakı hərbçilərini Ukraynaya göndərməsinə ehtiyac var. Doğrudur, Kreml hərbçiləri vasitəsilə Qarabağda varlığını qorumağa çalışır. Ancaq hazırda Rusiyanın taleyi Ukraynada həll olunur".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib ki, Kreml bizi Qarabağ separatçılarıyla baş-başa buraxarsa, ərazimizdə nəzarəti tam bərpa edərik. Onun fikrincə, bu variant istisna deyil.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR