Rusiyanın qanadlı raketi öz ərazisinə düşüb
2025-01-17 15:55:04

Hurriyyet.az xəbər verir ki, RF Hərbi Hava Qüvvələrinin təyyarəsindən atılan və Ukraynanın enerji obyektlərini hədəfə alan X-69 qanadlı raketi Voronej vilayətinin Aleksandrovka kəndinin yaxınlığına düşüb. Raket düşdüyü yerdə partlayıb.
Bu barədə "Astra" nəşriyyatı regionun fövqəladə hallar xidmətlərinə istinadla məlumat verib.
Hadisə yanvarın 15-də baş verib. Zərərçəkən olmayıb.
Hürr Tərcüman
