Rusiyanın Polşadakı səfirinin üzərinə "qan" tökdülər - VİDEO

2022-05-09 20:17:00

Rusiyanın Polşadakı səfirinin üzərinə

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev və digər diplomatlar mayın 9-da Varşavada sovet əsgərlərinin abidəsi önünə gül qoymağa çalışarkən hücuma məruz qalıblar.

Rusiya qoşunlarının işğal etdiyi ərazilərdən qaçqın düşən bir qrup Ukrayna vətəndaşı diplomatları mühasirəyə alıb və onların üzərinə qırmızı boya tökməyə başlayıb.

"Xalqımızın qanı sizin vicdanınızdadır! Raşistlər-Faşistlər!" deyə qışqıran qaçqınlar diplomatların hərəkət etməsinə imkan verməyiblər.

Səfir və onu müşaiyət edən şəxslər yalnız polis dəstələri gəldikdən sonra ərazini tərk edə bilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya