Rusiyanın Nyu-Yorku məhv edəcək sualtı qayığı təlimə başladı
2022-10-03 11:42:00
"Poseydon" nüvə supertorpedaları olan "Belqorod" sualtı atom qayığı Rusiyadakı bazadan təlimlər üçün yola düşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" nəşri bildirib.
Nəşrin məlumatına görə, bu, NATO kəşfiyyatı məlumat əldə edib. Sualtı atom qayığı nüvə başlığı olan "Poseydon" torpedosu ilə təmin olunub. Bu nüvə başlığı 500 metrlik radioaktiv sunami yaratmaq, eləcə də Nyu York və ya Los-Anceles kimi şəhərləri məhv etməyə qadirdir.
Nəşr yazır ki, "Belqorod" sualtı qayığının göyərtəsində 8-ə yaxın belə raket var. NATO hasdisə ilə bağlı müttəfiq komandanlıqlara kəşfiyyat hesabatı göndərib. Lakin bu cür silahlardan istifadə etmək ehtimalı olduqca azdır.
Bakupost.az