Rusiyanın növbəti planı nədir? Kadırovdan Ukrayna ilə bağlı hücum təklifi
2022-05-04 12:53:00

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov “xüsusi hərbi əməliyyatın bütün Ukrayna ərazisini əhatə edəcək ikinci mərhələsini” keçirməyi təklif edib.
Kadırov bütün Ukraynaya hücum eləməyi təklif etdi
Kadırov deyib: “Ən əsası – ikinci mərhələni başlamaqdır. Və konkret olaraq xüsusi əməliyyatı təkcə Luqansk ilə Donetskin ərazisində yox, bütün Ukrayna ərazisində keçirmək lazımdır”.
Kadırov öz “Teleqram” kanalında yaydığı videoda dünya ölkələrinin Ukraynanı “ən yaxşı silahlarla” təmin eləməsindən narazılığını bildirərək, “buna son qoymaq üşün ikinci mərhələyə başlamaq lazım” gəldiyini söyləyib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya