Saat:05:49
Haqqımızda

Rusiyanın növbəti hədəfi – Gürcüstanın işğalı başlanır?

2022-05-14 18:34:00

Rusiyanın növbəti hədəfi – Gürcüstanın işğalı başlanır?

Gürcüstan əraziləri Rusiyaya birləşdirilə bilər

Hurriyyet.az TRT Avaz telekanalına istinadla xəbər verir ki, Gürcüstan ərazisindəki separatçı Cənubi Osetiyanın qondarma rəhbərliyi bölgənin Rusiya Federasiyasının tərkibinə daxil olması üçün 17 iyul tarixində referendum keçirəcək. Bu barədə açıqlamanı separatçıların qondarma prezidenti Anatoli Bibilov verib.

Bibilov seçkilərdə uduzub

Cənubi Osetiyadakı qondarma prezident seçkilərinin ikinci turu 9 may tarixində keçirilmiş, iqtidardakı Anatoli Bibilov ilə müxalifətdəki “Nixas” partiyasının lideri Alan Qaqloyevin iştirak elədiyi seçkilərdə Qaqloyev qalib gəlmişdi. Qaqloyev vəzifəsinin icrasına 21 may tarixindən etibarən başlayacaq.

1992-1993-cü illərdə Gürcüstan ordusu ilə Rusiyanın dəstəklədiyi abaziyalı separatçılar arasında müharibə  13 ay boyunca davam etmişdi.

2008-ci ildə isə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi baş vermiş, müharibədən sonra Rusiyanın dəstəklədiyi Cənubi Osetiya ilə Abxaziya təktərəfli şəkildə müstəqilliklərini elan eləmişdilər.

Rusiya 2008-ci ildə bu iki bölgənin qondarma müstəqilliyini tanıdıqdan sonra Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsmişdi.

Xəbər verdiyimiz kimi, bütün bunlara rəğmən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın hazırda Ukrayna ilə müharibə edən Rusiyaya qarşı ikinci bir cəbhə açmayacağını və burada yeni müharibənin olmayacağını söyləyib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR