Rusiyanın neft limanı iflic oldu, HHM sistemi çarəsiz qaldı
2025-11-14 16:58:29
Hurriyyet.az xəbər verir ki, PUA hücumu nəticəsində Novorossiyskdən neft ixracı dayandırılıb.
14 noyabr gecəsi Ukraynanın dron hücumundan sonra Rusiyanın Qara dənizdəki Novorossiysk limanından neft ixracı və "Transneft" şirkəti tərəfindən xam neft tədarükü müvəqqəti olaraq dayandırılıb.
Zərbə "Şesxaris" neft anbarını zədələyib, yanğına səbəb olub. Həmçinin, "Çernomortransneft"in çənlərinə və körpülərinə ziyan dəyib.
Bir mülki şəxs və gəmi heyətinin üç üzvü yaralanıb. "Astra" "Teleqram" kanalının məlumatına görə, dronlar S-400 sistemlərinə malik HHM hərbi hissəsinə də zərbələr ediriblər.
Hürr Tərcüman
