RUSİYANIN NATO İTTİFAQINA HÜCUMUNA HAZIR OLUN!
2025-12-23 16:43:59
Hurriyyet.az xəbər verir ki, "Die Zeit" nəşrinin yazdığına görə, Almaniyanın xarici işlər naziri İohann Vadeful Rusiya Federasiyasının NATO-ya hücumuna hazır olmağa çağırıb.
Vadeful, Ukraynada sülhün bərqərar olacağı təqdirdə, Rusiyanın NATO ölkələrinə hücum ehtimalı barəsində suala birbaşa cavabdan yayınsa da, "hadisələrin bu istiqamətdə inkişafına hazır olmağı" məsləhət görüb.
Nazir deyib: "Bizim təhlilimiz belədir və yaxın gələcəkdə də belə qalacaq ki, Avropada təhlükəsizliyə yalnız Rusiyadan təhlükəsizliyimizi təmin etmək yolu ilə nail ola bilərik. Təhlükəsizliyə yalnız güc, ittifaq daxilində birlik və silahlı qüvvələrin müdafiə qabiliyyəti sayəsində nail olmaq olar".
Hürr Tərcüman
