Saat:03:56
Haqqımızda

Rusiyanın NATO-dakı daimi nümayəndəliyi ləğv olunur

2021-10-18 17:48:00

Rusiyanın NATO-dakı daimi nümayəndəliyi ləğv olunur

 

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin NATO yanındakı daimi nümayəndəliyinin işini dayandırdığını bildirib.

Lavrov deyib: “NATO-nun addımlarına cavab olaraq, biz NATO-nun yanındakı daimi nümayəndəliyimizin, o cümlədən baş hərbi təmsilçimizin işini dayandırırıq”.

“İkincisi, biz NATO-nun Moskvadakı hərbi missiyasının fəaliyyətini dayandırırıq. Onun əməkdaşlarının akkreditasiyası cari ilin 1 noyabr tarixindən ləğv olunur. Üçüncüsü, NATO-nun Moskvadakı informasiya bürosununun da fəaliyyəti dayandırılır”.

“NATO-nun hansısa təcili işi olarsa, bu məsələlərlə bağlı Belçikadakı səfirimiz ilə əlaqə saxlaya bilərlər. Həmin səfir ikitərəfli əlaqələri təmin edəcək”.

Lavrovun sözlərinə görə, oktyabrın 6-da NATO katibliyi rəsmən bildirib ki, Şimali Atlantika alyansının Baş katibi Yens Stoltenberq noyabrın 1-dən etibarən Rusiyanın NATO yanındakı daimi nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını ləğv eləmək, həmçinin, inzibati-texniki personal da daxil olmaqla, bu nümayəndəliyin əməkdaşlarının sayını 10-a qədər azaltmaq qərarını verib.

Lavrov NATO tərəfinin bu addımın səbəbləri barəsində heç bir izahat vermədiyini də söyləyib. 

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR