Rusiyanın müharibədə uduzmasının Azərbaycana hansı faydası olacaq?

2022-05-03 15:07:00

Rusiyanın müharibədə uduzmasının Azərbaycana hansı faydası olacaq?

Ukraynada hərbi əməliyyatlar uzandıqca Rusiyanın məğlub olmaq ehtimalı da artır. Analitiklər hesab edirlər ki, Ukrayna-Rusiya müharibəsindən ikinci tərəfin məğlub ayrılması ən çox keçmiş postsovet məkanında yaşayan xalqların xeyrinə olacaq. Müharibədə uduzan və nəticədə xeyli zəifləyən Rusiyanın digər dövlətlərin, o cümlədən postsevet ölkələrinin işinə qarışa bilməyəcəyi proqnozlaşdırılır. 

Bəs görəsən, bu ehtimal nə dərəcədə doğrudur? Rusiyanın müharibədən məğlub ayrılmasının postsovet ölkələrinə, o cümlədən Azərbaycana hansı faydası ola bilər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi ekspert Elçin Mirzəbəyli indiki şəraitdə Rusiyanın zəifləməsinin dünya üçün faydalı olmayacağını deyib:

“Bu ümumən Rusiyaya münasibətdə ənənəvi olan kompleks yanaşmanın təzahürüdür. Vaxtilə SSRİ-ə bu yanaşma tərzi ortada idi. Daha sonra bu yanaşma eynilə təkrar olunmağa başladı. Çünki Rusiyanın ambissiyalarından əl çəkilməməsi nəticə etibarı ilə Rusiyanın postsovet ölkələrindəki xalqlar üçün bir təhdid olduğu ehtimalını ortaya qoydu. Bu kontekstdən yanaşmalar var, amma müasir şəraitdə dünyanın bir qütbü olduğunu və çoxqütblü dünyaya doğru prosesin getdiyini nəzərə alsaq, indiki şəraitdə Rusiyanın zəifləməsinin də bütövlükdə dünya üçün faydalı və xeyirli olacağını söyləmək çox çətindir. Əgər digər tərəfdə tamamilə ədalətli bir qütbün olduğunu görsəydik, beynəlxalq hüququn norma və prinsipləri, ədalət prinsipləri dünyada bərqərar olsaydı bu günə qədər mövcud olan yanaşma mahiyyət etibarilə beynəlxalq münasibətlər sistemində ədalətin bərqərar olmasına imkan versəydi, şübhəsiz ki, Rusiyanın daha da zəifləməsini təkcə postsovet məkanı üçün deyil, bütün dünya üçün əlverişli olduğunu söyləyə bilərdik. Məsələyə hansı konteksdən yanaşmağımız önəmlidir, məsələn, Avropa İttifaqının, Qərbin kontekstindən yanaşanda Rusiyanın zəifləməsi təkcə postsovet ölkələri üçün deyil, bütün dünya üçün ümumi əhəmiyyət kəsb edir. Başqa bir kontekstdən - postsovet ölkələrinin münasibətlərindən yanaşanda tamamilə fərqli bir mənzərə ortaya çıxır”.

Onun sözlərinə görə, vacib olan demokratik və ədalətli Rusiyanın qurulmasıdır:

“Bizə gərəkli olan beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyi bacaran, demokratik və ədalətli Rusiyadır. Bu postsovet məkanındakı bütün ölkələrə sərf edir. Bunun üçünsə əslində Rusiyada ciddi islahatların aparılması və daha ədalətli sistemin formalaşması vacibdir, nəinki Rusiyanın zəifləməsi. Mən məsələyə bu aspektdən yanaşıram və hesab edirəm ki, qonşulara münasibətdə ədalətli mövqe tutan, demokratik, obyektiv Rusiya dünya üçün daha gərəkli ola bilər, nəinki zəif və dağılmış Rusiya. Unutmaq lazım deyil ki, Rusiyanın hər dəfə zəifləməsi daha acınacaqlı nəticələrə gətirib çıxarır”.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya