Rusiyanın Laçın dəhlizi ilə bağlı addımını gözləyirik - Paşinyan

2023-01-05 13:55:00

Rusiyanın Laçın dəhlizi ilə bağlı addımını gözləyirik - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı gözləntilərini dilə gətirib. 

Hurriyyet.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında çıxış edib.

"Ermənistan dünya ictimaiyyətindən, o cümlədən Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı daha çox addımlar gözləyir", - deyə Paşinyan bildirib.

Ermənistan baş naziri, həmçinin yeni yaradılacaq Daxili İşlər Nazirliyi haqqında da danışıb. O bildirib ki, nazirlik artıq de-yure formalaşdırılıb, hazırda təşkilati işlər görülür.

Paşinyan nazir və müavinlərinin gələn həftə təyin oluna biləcəyini söyləyib. O, eyni zamanda qeyd edib ki, yeni qurumun yaradılması müvafiq sahədə effektivliyi artıracaq.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 25 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji cinayətlərə son qoyulması tələbi ilə keçirilir.

modern.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.186142