Saat:23:59
Haqqımızda

Rusiyanın Kosmik Qüvvələri Suriyada atəşkəs zonasını bombaladı

2023-05-30 15:14:00

Rusiyanın Kosmik Qüvvələri Suriyada atəşkəs zonasını bombaladı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiyanın Aerokosmik Qüvvələrinin təyyarəsi Suiyanın İdlib vilayətindəki hərbisizləşdirilmiş zonaya zərbə endirib, bir nəfər dinc sakin yaralanıb. Bu barədə məlumatı Ağ Dəbilqəlilər – Suriya Mülki Müdafiə İdarəsi verib.

Suriya müxalifətindəki mənbələrin verdiyi məlumata görə, mayın 30-da səhər saatlarında Suriyadakı Xmeymim Rusiya hərbi bazasından qalxan Rusiya təyarəsi İdlibin cənubundakı Bizabur kəndinə zərbə endirib.

2017-ci ildə Astana sammiti zamanı Türkiyə, Rusiya və İran arasında Suriyanın Bəşər Əsədin nəzrətindən çıxmış ərazilərində  dörd ədəd hərbisizləşdirilmiş zona yaratmaq barədə razılaşma əldə edilib.

Sonrakı illərdə Bəşər Əsəd hökuməti İran ilə Rusiyanın dəstəyi ilə həmin zonalardan üçünü öz nəzarəti altına qaytara bilib. 2017-2020-ci illərdə Suriyanın 2 milyon nəfərə yaxın sakini Suriya-Türkiyə sərhədinə qaçmağa məcbur olub.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR