Saat:07:10
Haqqımızda

"Rusiyanın Kamil Zeynallını saxlaması Bakıya qarşı yeni siyasi təzyiq alətidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-02-21 10:59:16

"Ona görə də Azərbaycan tərəfi Rusiyadan Ermənistanın tələbi ilə saxlanılan vətəndaşına kömək etməlidir və həbsinə imkan verməməlidir"

"Ermənistan tərəfi Azərbaycan vətəndaşı, tanınmış idmançı Kamil Zeynallını beynəlxalq axtarışa verib. Nəticədə Kamil Zeynallı Rusiyada saxlanılıb. Onun Ermənistana təhvil veriləcəyi qeyd olunur". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib. 

Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, bu, təkcə Kamil Zeynallı məsələsi deyil: "Ermənistanın tələbi ilə Rusiyaya gedib-gələn və digər ölkələrə səfər edən siyasi-ictimai şəxslərin həbs olunması gündəmə gələcək. Ona görə də Azərbaycan tərəfi Rusiyadan Ermənistanın tələbi ilə saxlanılan vətəndaşına kömək etməlidir və həbsinə imkan verməməlidir".

Politoloq hesab edir ki, Rusiyanın bu addımı atması, Azərbaycana qarşı yeni siyasi təzyiq alətidir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208962