Rusiyanın "İzvestiya" nəşrindən İDDİA: Kiyev növbəti danışıqlar zamanı güzəştə gedəcək

2022-06-07 13:34:00

Rusiyanın

Rusiyanın "İzvestiya" qəzeti iddia edib ki, Kiyev növbəti danışıqlar zamanı güzəştə gedəcək.

Nəşrin mənbəsi yeni sazişə Xerson və Zaporojye vilayətlərinin daxil edilməyəcəyini, Krım və Donbasın statusu məsələsinin də bağlı qalacağını bildirib.

Nəşrin mənbələrinin fikrincə, prosesin gedişi DXR və LPR ərazisində təmas xətti boyunca eskalasiya tsiklinin necə başa çatmasından asılı olacaq. Mütəxəssislərin fikrincə, önümüzdəki həftələrdə sakitlik yarana bilər. Lakin bu, tərəflər arasında dialoqun bərpasına zəmanət vermir.
“Moskva hələ mart ayında Antalyada nümayəndə heyətlərinin danışıqları zamanı xüsusi əməliyyatı dayandırmağa hazır idi. Daha sonra Ukrayna özü Donbass və Krımı daxil etmədən neytral status və təhlükəsizlik zəmanəti təklif etdi. Vladimir Putin bu addımı atmağa hazır idi, lakin Qərb Ukraynaya təzyiq göstərdi və buna görə də Kiyev təklifini geri götürdü”, deyə ekspert əlavə edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya