Saat:04:56
Haqqımızda

"Rusiyanın hərbi bazası Ermənistanın təhlükəsizliyinin inşasının mühüm elementidir"

2025-06-11 16:56:22

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF XİN mətbuat katibi Mariya Zaxarova Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması barəsində İrəvandan siqnallar daxil olmadığını bəyan edib. 
Zaxarova brifinq zamanı deyib: "Ermənistanda yerləşən Rusiya hərbi bazasına gəlincə, onun çıxarılmasına təşəbbüs barəsində İrəvandan heç bir siqnal almamışıq. Respublikanın rəsmi şəxsləri belə bir məsələnin gündəlikdə olmadığını bəyan ediblər".
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi deyib: "İrəvanda başa düşürlər ki, Rusiyanın hərbi varlığı - regionda, Ermənistanda və bütün Cənubi Qafqazda təhlükəsizliyin inşasının mühüm elementidir. Bazanın yerləşməsi və fəaliyyəti Ermənistanla Rusiya arasındakı müvafiq ikitərəfli sənədlərlə əsaslandırılıb".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.265852