Rusiyanın hərbi bazası Ermənistandan nə vaxt çıxarılacaq?
2025-05-19 13:58:08
.jpg)
Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın 102 saylı hərbi bazasının ölkə ərazisindən çıxarılması ilə bağlı müzakirələrin aparıldığı barədə şayiələri təkzib edib.
Simonyan jurnalistlərlə görüşündə deyib: "Belə bir şey yoxdur. Ermənistan Rusiya bazasının çıxarılması məsələsini müzakirə etmir".
Simonyanın sözlərinə görə, bu mövzunun müzakirəsi faktı belə absurddur. Ermənistan parlamentinin spikeri deyib: "Bu məsələ müzakirə olunmur və müzakirə oluna bilməz. Düzünü desəm, belə "ağıllı" fikirləri kimin yaydığını da bilmirəm".
Hürr Tərcüman
