Rusiyanın hərbi aerodromuna hücum olub - 3 hərbçi ölüb, 4-ü yaralanıb
2022-12-26 10:03:00

Rusiyanın Saratov vilayətində Engels hərbi aerodromunda 3 hərbçi ölüb, 4 -ü yaralanıb.
Hurriyyet.az xəbər verir ki, bunu Saratov vilayətinin qubernatoru Roman Busarqin bildirib.
Rusiya KİV-in məlumatına əsasən, RF-nin Hava Hücumundan müdafiə vasitələri Saratov vilayətində Ukraynanın aşağı hündürlükdə uçan PUA-sı Engels hərbi aerodromunda vurulan zaman düşən qıtıntıların dəyməsi nəticəsində 3 hərbçi ölüb.
Xatırladaq ki, bu il dekabrın 5-də də bu aerodroma Ukrayna PUA ilə hücum edib. (report)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya