Rusiyanın Haaqadakı səfiri Niderland XİN-ə çağırıldı

2022-11-18 23:39:00

Rusiyanın Haaqadakı səfiri Niderland XİN-ə çağırıldı

Niderland Rusiyanın Haaqadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı qərarı tənqid etməsindən sonra Niderland Rusiyanın Haaqadakı səfiri Aleksandr Vasilyeviç Şulqini Xarici İşlər Nazirliyinə çağırıb.
Niderlandın xarici işlər naziri Vopke Hoekstra “Twitter” hesabında Rusiyanın "MH17" təyyarəsi ilə bağlı məhkəmənin siyasi motivli olduğunu bəyan edib.
V.Hoekstra səfir Şulgindən Niderlandın ədliyyə sistemi ilə bağlı ittihamları izah etməyi xahiş edəcəyini bildirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi, 2014-cü ildə Ukraynada Malayziya Hava Yollarına məxsus "MH17" təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan 3 rus və bir ukraynalıya qarşı işə baxan Haaqa Məhkəməsinin siyasi təlimatla hərəkət etdiyini iddia edən açıqlama verib. \\Demokrat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.120146