Rusiyanın Ermənistandakı etirazlarda hədəfi nədir?

2022-06-07 13:22:00

Rusiyanın Ermənistandakı etirazlarda hədəfi nədir?

Ukraynadakı müharibə postsovet regionuna dərin təsir göstərir və bu bölgəyə aid olan ölkələr üçün böyük nəticələr vəd edir. Rusiya Ermənistanda hələ də əhəmiyyətli gücə malik olan ölkədir. Davam edən siyasi etirazlar, eləcə də Ermənistanda daha dərin və özünü tam açıq biruzə verməyən siyasi cərəyanlara diqqət yetirilməlidir. 
Baş nazir Nikol Paşinyan siyasi həyatı uğrunda mübarizə aparır. O, iki sələfi, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi küçə etirazları ilə üzləşib. Bu, adi müxalifət deyil. Əksər seçicilər arasında populyar olmayan bu liderlər Moskvaya sədaqət andı içib və Ermənistanı Rusiya və Belarusla birliyə aparmağa hazır olduqlarını bildiriblər.
Paşinyanın da bu kursdan tam fərqli olduğu deyilə bilməz. Onun xarici siyasəti güclü şəkildə Rusiyayönümlü olub. Belə bir təsəvvür yaranır ki, o, ölkədə islahatlar aparmaq və Qərblə münasibətləri yaxşılaşdırmaq vədlərindən geri çəkilib. Paşinyan, həmçinin bu yaxınlarda Putinlə Rusiyaya Ukrayna müharibəsinə görə tətbiq edilən Qərb sanksiyalarından yayınmağa kömək etmək öhdəliyini özündə əks etdirən otuz bənddən ibarət saziş imzalayıb. Rusiya qüvvələri ilə birlikdə Suriyaya qoşun yeritmək, BMT-də Rusiyanın dəstəklədiyi qətnamələrin lehinə səs vermək və Rusiyanın başçılıq etdiyi təhlükəsizlik blokunda fəal iştirak onun Rusiyayönümlü siyasətinin yalnız qısa siyahısıdır. Onun media azadlığı və məhkəmə islahatları müstəqil müşahidəçilər tərəfindən tənqid edilib.
Bəs onda niyə Kreml parlament “müxalifətinin” qüvvələrini loyalistə qarşı buraxsın? Bu prezident Putinin regionla bağlı daha geniş planları ilə bağlıdır. Erməni ekspertlərin iddialarına görə, prezident Putin 2020-ci il 10 Noyabr Bəyannaməsinə rəsmi İrəvan tərəfindən tam əməl edilməsinə, şərtlərin tam yerinə yetirilməsinə çalışır. Bununla belə, Paşinyan Rusiya-Türkiyə-Azərbaycanın tələblərini rədd etməsi üçün Qərbin də təzyiqi altındadır. Paşinyanın nəticədə balanslaşdırıcı manevri Putinin ürəyincə deyil, o, Koçaryan-Sarkisyan müxalifətini Paşinyana öhdəliklərini yerinə yetirmək üçün təzyiqi davam etdirməyə sövq edib. Baş nazir bunu etdikdən sonra Paşinyanın “müxalifət” düşərgəsindən daha etibarlı bir adamla əvəz olunmayacağına çox az adam şübhə edir. Beləliklə prezident Putin Paşinyanı Qərbin təsir dairəsindən çıxmağa vadar edir.

Ülviyyə, Hurriyyet.az
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya